Ukrayna Azərbaycan Ordusunun “Kolçuqa” radiotexniki kəşfiyyat stansiyalarını modernləşdirib

Ukrayna Azərbaycan Ordusunun “Kolçuqa” radiotexniki kəşfiyyat stansiyalarını modernləşdirib

Ukrayna müdafiə sənayesi müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin sifarişi əsasında Silahlı Qüvvələrin invertarında yer alan “Kolçuqa” avtomatlaşdırılmış radiotexniki kəşfiyyat stansiyaları təmir və modernizasiya edilib.

Bu barədə Azeri Defence saytı “Ukrmilitary” hərbi portalına istinadən məlumat verib.

“Kolçuqa” kompleksinin təmir və modernizasiya işləri “Ukrspetsexport” dövlət şirkəti vasitəsilə aparılıb. Təmir və modernləşdirmə işləri üçün hansı şirkətlərlə müqavilə bağlandığı bildirilmir.

Passiv radiotexniki kəşfiyyat stansiyası olan “Kolçuqa” 600 km radiusda yer hədəflərini və 10 km yüksəklikdəki hava hədəflərini 800 km-ə qədər aşkar etməyə və izləməyə imkan verir.

Qeyd edək ki, Azərbaycan 2012-ci ildə imzalanmış müqavilə çərçivəsində Ukraynadan “Kolçuqa” radiotexniki kəşfiyyat stansiyaları alıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş