Ukrayna BTR-4E-ü silahlanmaya qəbul etdi – FOTO

Ukrayna Müdafiə Nazirliyi BTR-4E zirehli transportyorunu silahlanmaya qəbul edib. Bu barədə “AzeriDefence” Ukrayna Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.
Bununla bağlı iyulun 24-də müdafiə naziri Dmitri Salamatin tərəfindən əmr imzalanıb.

BTR-4E “A.A. Morozov adına Xarkov Maşınqayırma və Konstruktor Bürosu” tərəfindən hazırlanıb. Ukrayna özündə silahlanmaya qəbul etməmişdən öncə bu texnikanı bir sıra Yaxın Şərq ölkələrinə ixrac edib. Müdafiə Nazirliyi hesab edir ki, bu zirehli personal daşıyıcının istehsalının yaradılması və inkişaf etdirilməsi Ukraynanın dünyanın yüngül zirehli, təkərli döyüş-nəqliyyat vasitələri bazarında lider olmasına imkan verəcək.

BTR-4E transportyorunun nümunəsinin yaradılmasına 5 il vaxt sərf olunub. Maşın yeni dizaynda hazırlanıb. Ukrayna müəssisələri tərəfindən istehsal edilmiş 30 mm-lik ZTM-1 avtomatik topu, KBA-117 qumbara buraxılış qurğusu və pulemyotla təchiz edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş