Ukrayna BTR-4MV1 zirehli transportyorunun sınaqlarını yekunlaşdırıb

Ukraynanın “A.A. Morozov adına Xarkov Maşınqayırma Konstruktor Bürosu”  BTR-4MV1 modifikasiyalı zirehli transportyorun sınaqlarını başa çatdırıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, zirehli maşın “Ukroboronprom” mütəxəssisləri tərəfindən müasirləşdirilib. Modernizə işləri NATO-un stanndartlarına uyğun şəkildə həyata keçirilib. BTR-4MV1 döyüş maşını keçirilən sınaqlar zamanı gecə və ən çətin şəraitlərdə rəqibi maksimal məsafədə belə məhvetmə qabiliyyətli olduğunu sübuta yetirib.

BTR-4MV1 modifikasiyalı döyüş maşını BM-7 “Parus” döyüş modulu ilə silahlandırılıb. Döyüş moduluna 1 ədəd 30 mm çaplı KBA-1 topu, 1 ədəd 30 mm çaplı avtomatik qumbaraatan, 1 ədəd 7.62 mm çaplı pulemyot və “Baryer” tank əleyhinə idarə olunan raket kompleksi daxildir.

“AzeriDefence” BTR-4MV1 modifikasiyalı zirehli transportyorun sınaqları zamanı lentə alınmış video materialı təqdim edir:

KATEQORIYA:
Bu xəbəri paylaş