Ukrayna BTR-lərinə mühərriklər haradan alınır?

Ukrayna istehsal etdiyi zirehli transportyorların (BTR) mühərrikini Moldova vasitəsilə Rusiyadan alır.

“AzeriDefence”nin “Ukraynskaya pravda” qəzetinə istinadən verdiyi məlumatına görə, “Ukroboronprom” Dövlət Şirkəti Rusiya istehsalı olan mühərrikləri Moldovada fəaliyyət göstərən firma vasitəsilə alır. Burada vasitəçi firmalardan biri “Avtoprezentu” adlanır.

Belə vəziyyətdə 1 mühərrikin qiyməti üçün Ukrayna 15 min ABŞ dolları xərcləyir. Ümumilikdə bu prosesdə 4 firma iştirak edir.

Bu səbəbdən də Ukrayna istehsalı olan BTR-lərin satış qiyməti analoqundan bir neçə dəfə yüksək olur.

Qeyd edək ki, 2014-cü ildə Ukrayna prezidenti Petr Poroşenko Rusiya ilə hər hansı hərbi-texniki əməkdaşlığa qadağan edən sənəd imzalayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş