Ukrayna dəniz xüsusi təyinatlıları itisürətli qayıqlarla təchiz olunur

Ukrayna dəniz xüsusi təyinatlıları itisürətli qayıqlarla təchiz olunur

Ukrayna Dövlət Sərhəd Xidmətinin Dəniz Qvardiyası yerli istehsal olan “Brig” itisürətli qayıqlarını silahlanmaya qəbul edib.

“AzeriDefence”nin Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi məlumata görə, qayıqlar “Brig LTD” şirkəti tərəfindən istehsal edilib. Ötən həftə qayıqların sınaqları Dəniz Qvardiyasının Odessa və Mariupol dəstələrinin xüsusi əməliyyat bölmələri tərəfindən sınaqdan keçirilib.

Dizel mühərrikə sahib qayıqların yanacaq ehtiyatı 300 litrdən çoxdur. Qayıq tam təchizatlı 11 xüsusi təyinatlını və ya 1500 kq ağırlığında yükü daşıya bilir. Dəniz sınaqları zamanı “Brig” daşıdığı yükdən asılı olaraq 32 və 35 düyün (təxminən 70 km / saat) sürət yığıb.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş