Ukrayna EMB-314 “Super Tucano” təyyarələri almaq istəyir

Ukrayna EMB-314 “Super Tucano” təyyarələri almaq istəyir

Ukrayna Silahlı Qüvvələrin aviasiya parkında yer alan təlim-döyüş təyyarələrini yeniləməyi planlaşdırır.

Azeri Defence saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, Ukrayna Hərbi Hava Qüvvələri L-39 təlim-döyüş təyyarələrinin əvəz edilməsi üçün yeni təyyarələrin axtarışında olduqlarını açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələri xüsusən Braziliyanın “Embraer” şirkətlərinin istehsalı olan EMB-314 “Super Tucano” təlim-döyüş təyyarələri ilə maraqlanır.

Bununla əlaqədar ötən il Ukrynadan nümayəndə heyəti Brazilyaya səfər edərək EMB-314 “Super Tucano” təlim-döyüş təyyarəsi ilə yaxından tanış olublar.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş