Ukrayna fransız zirehli maşınları ala bilər

Fransanın “Mack Defense” şirkətinin “Shepra Light Scout” zirehli maşını Ukraynada sınaq testlərindən keçir.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sınaq testi Ukrayna Silahlı Qüvvələrinin sifarişi ilə həyata keçirilir.

“Shepra Light Scout” zirehli maşını 4 silindirli dizel mühərriklə təchiz olunub. 6 pilləli avtomat ötürücüyə malik zirehli transportyorun maksimum sürəti saatda 120 km, çəkisi isə 3800 kq-dır.

“Sherpa Scout” ABŞ-ın çoxtəyinatlı HMMWV avtomobilinin analoqudur.

Maşın yüklə birlikdə 45 dərəcədə qalxa, 750 mm dərinlikdə hərəkət edə bilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş