Ukrayna həbçiləri anti-snayper dəbilqə örtüyü ilə təmin olunur

Ukrayna hərbçiləri anti-snayper miçnefetlə – dəbilqə örtüyü ilə təmin olunur.

“AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi məlumatına görə, artıq hərbçilərin snayperə tuş gəlmək şansını minimuma endirmək üçün anti-snayper təyinatlı dəbilqə örtükləri ilə təmin olunmasına başlanılıb.

Məlumatda o da qeyd olunub ki, İsrail istehsalı olan minçefetlərə görünməz papaqlar da deyirlər. Özünəməxsus bu dəbilqə örtükləri snayperin optik cihazının görmə imkanlarını azaldır və bununla da onu məhv olmaqdan qoruyur. Mütəxəssislərin sözlərinə görə, 100 metr məsafəyə qədər bu örtük hərbçini baş nahiyəsini görünməz edir.

Qeyd edək ki, İsrail Ordusunda bu örtük 1990-cı illərdən istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş