Ukrayna hərbi sənayesinin yeni məhsulu: Yüngül çəkili döyüş helikopteri – FOTOLAR  

Ukrayna yeni yüngül çəkili döyüş helikopterinin təqdimatını keçirib.

“AzeriDefence”nin məlumatına görə, “Ukrinmaş” şirkətinin müəllifi olduğu КТ-112UD-nın ilk xarici təqdimatı IDEX-2017 hərbi texnologiyalar sərgisində reallaşıb.

Çoxməqsədli КТ-112UD “Baryer-V” tankəleyhinə və “hava-hava” tipli “Strela/İqla” raket kompleksləri, həmçinin 7,62 mm-lik pulemyotla silahlandırılıb.

Helikopterin bu variantı hazırda istismarda olan КТ-112 “Kadet”dən bir neçə meyarlara görə üstünlük təşkil edir.

Yeni КТ-112UD 115 at gücünə malik iki “Rotax-914” mühərriki ilə təchiz edilib. Bu da helikopterin 200 km/saat sürətlə uçmasına imkan yaradacaq.

Tam yüklə КТ-112UD-nin çəkisi 1 tondur.


 

KATEQORIYA:
Bu xəbəri paylaş