Ukrayna istehsalı olan “Dozor-B” zirehli maşını suda batdı

Ukrayna istehsalı olan “Dozor-B” zirehli maşını dövlət sınağı zamanı ciddi problemlə üzləşib.

“AzeriDefence”nin məlumatına görə, sınaq testində “Dozor-B” su maneəsini keçən zaman batıb. Su maneəsini keçən zaman maşının hərəkətində problem yaranıb və nəticədə su mühərrikxanaya və daxilə dolmağa başlayıb. Beləliklə, maşın suda batıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xatırladaq ki, “Dozor” Xarkov Konstruktor Bürosunda layihələndirilib. 2015-ci ilin yayında Lıvov Tank Zavodunda istehsal edilib.

Sınaqlardan sonra maşın Ukrayna Ordusunun texnika parkına daxil ediləcək.

 

dozor-2

dozor3

KATEQORIYA:
Bu xəbəri paylaş