Ukrayna “Malaxit”i silahlanmaya qəbul etdi

Ukrayna Müdafiə Nazirliyi “Malaxit” radiolokasiya stansiyalarını (RLS) silahlanmaya qəbul edib. Müdafiə naziri Mixail Yejelin imzaladığı əmrlə, RLS Ukrayna Hərbi Hava Qüvvələrlərinin parkına daxil edilib. Yeni stansiyalar köhnəlmiş və çox enerji işlədən radarları əvəz etməlidir.

“Malaxit” hərəkətli radar olaraq 1971-ci ildə SSRİ-də hazırlanmış P-18MU “Terek” radarının müasirləşdirilmiş Ukrayna versiyasıdır. Radiolokasiya stansiyası rəqəmli siqnalların işlənməsi ilə hava hədəflərinin hərəkət sürətinin ölçüsünü, həmçinin onların avtomatik axtarış və müşayiətini təşkil edir.

“Malaxit” həmçinin avtomatik rejimdə aşkar edilmiş hava hədəfləri haqqında məlumatları xəbər vermə qabiliyyətinə malikdir. RLS “KrAZ” avtomobilin şassisi üzərində yerləşir və iki qoşquda daşınır.

KATEQORIYA:
Bu xəbəri paylaş