Ukrayna Mi-24P helikopterinin dağlıq yerlərdə sınaqlarına başlayıb

Ukrayna Mi-24P müasirləşdirilmiş zərbə helikopterinin dağlıq ərazidə sınaqlarına başlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

Krımda keçirilən sınaqlarda Mi-24P helikopteri 1545 metr yüksəklikdə dağlıq ərazidə uçuşlar həyata keçirib.

Bununla bərabər “Motor-Siç” ASC-nin aviasiya mütəxəssisləri hərçilərlə bir yerdə müasirləşdirilmiş Mi-8MSB helikopterinin sertifikatlı sınaqlarını davam etdirirlər. Bu helikopter fevralda Krımda yüksək dağlıq ərazilərdə sınaq uçuşları edib.

Məlumatda qeyd olunub ki, “Motor-Siç”in istehsalı olan TVZ-117VMA-SBM1V yeni unikal mühərrikləri modernləşdirilmiş helikopterlərə 9 min metr hündürlüyə qalxmağa imkan verir. Hansı ki, hazırda heç bir helikopter belə hündürlükdə praktik məsələləri yerinə yetirə bilmir.

KATEQORIYA:
Bu xəbəri paylaş