Ukrayna Milli Qvardiyası BTR-3DA zirehli transportyorları alıb

Ukrayna Milli Qvardiyası BTR-3DA zirehli transportyorlarının növbəti partiyasını alıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Ukroboronprom”a Konserinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, “Ukroboronprom” Konserinin tərkibinə daxil olan Kiyev Zirehli Tank Zavodunda Milli Qvardiya üçün dövlət müdafiə sifarişi çərçivəsində istehsal edilmiş BTR-3DA-nın yeni partiyasının müvəffəqiyyətli qəbul-təhvil sınaqları keçirilib.

Zirehli maşın “Ştrum-M” döyüş modulu ilə təchiz olunub. Modulda 30 mm-lik avtomatik qumbaraatan, 30 mm-lik ZTM-1  avtomat top və 7.62 mm çaplı pulemyot yer alır. Avtomatik top dəqiqədə 330 atış həyata keçirir.

Hərbi ekspertlər isə bəyan ediblər  ki, BTR-3DA zirehli transportyorunun zireh müdafiəsi göstərilən səviyyəyə uyğun deyil. Bu maşınlarla bağlı müsbət olmayan fikirlər mövcuddur.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş