Ukrayna müdafiə sənayesində islahatlara başlayır – “Ukroboronprom” ləğv ediləcək

Ukrayna müdafiə sənayesində islahatlara başlayır – “Ukroboronprom” ləğv ediləcək

Ukrayna müdafiə sənayesi sektorunda islahatlara başlayır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Ukroboronprom” Dövlət Konserninin Transformasiya Bürosuna rəhbərlik edən Konsernin baş direktorunun müavini Roman Bondar bildirib.

“Ukroboronprom” Dövlət Konserninin rəsmi saytında yer alan açıqlamada qeyd olunur ki, həyata keçirilən islahatlar çərçivəsində “Ukroboronprom” Dövləti Konserni yaxın 2 il ərzində 6 sənaye holdinqinə parçalanacaq. Həmçinin Konsernin tərkibinə daxil olan 137 müəssisənin fəaliyyətini dəstəkləmək məqsədi ilə Müdafiə Sağlamlaşdırması Fondunun yaradılması təklif olunur.

“Fond müəssisələrin yenidən qurulmasına, istehsalın optimallaşdırılmasına, problemli müəssisələrin maliyyə sağlamlığına, istehsala nəzarət edəcək. Təsdiqlənmiş sənaye strategiyalarına uyğun olaraq holdinq şirkətlərində istehsalın modernləşdirilməsinə və kapital qoyuluşlarına yönəldiləcək”, deyə Roman Bondar qeyd edib.

Transformasiya İdarəsinin rəhbəri islahatların nəticəsində “Ukroboronprom”un fəaliyyətinin dayandırlacağını və Konsernin tərkibinə daxil olan müəssisələri əhatə edən 6 sənaye – raket, aviasiya istehsalı, aviasiya təmiri, zirehli, radar və dəniz sistemləri holdinqlərinin yaradılacağını açıqlayıb.

İslahatların davam etdiyi iki il ərzində “Ukroboronprom” fəaliyyətini davam etdirəcək, transformasiya prosesləri bitəndən sonra konsern ləğv olunacaq.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş