Ukrayna Müdafiə Nazirliyi əlavə BTR-3DA zirehli transportyorları alır

Ukrayna Müdafiə Nazirliyi “Ukroboronprom” Konserinin tərkibinə daxil olan Kiyev Zirehli Tank Zavoduna əlavə BTR-3DA zirehli transportyorları almaq üçün sifariş verib.

Bu barədə “AzeriDefence” “Janes”ə istinadən xəbər verib.

BTR-3DA zirehli transportyorlara dair olan sifarişin sayı barədə məlumat verilmir.

Bildirilib ki, 2002-ci ildə bəri Kiyev Zirehli Tank Zavodu BTR-3-ün taktik və texniki xüsusiyyətlərini təkmilləşdirmək üçün 1000-dən artıq dəyişiklik edib.

Bu Ukraynada BTR-3DA üçün ilk sifariş deyil. Milli Qvardiya üçün 2016-cı ildə iki sifariş və 2017-ci ildə isə bir sifariş verilib.

Qeyd edək ki, zirehli maşın “Ştrum-M” döyüş modulu ilə təchiz olunub. Modulda 30 mm-lik avtomatik qumbaraatan, 30 mm-lik ZTM-1 avtomat top və 7.62 mm çaplı pulemyot yer alır. Avtomatik top dəqiqədə 330 atış həyata keçirir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş