Ukrayna mühəndisləri “Patria”nın bənzərini yaratdılar

Ukraynanın “Zavod Leninskaya kuzniça” müəssisəsi yeni 8х8 “Varan” zirehli transportyorun prototipini nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, maşının istehsalına Ukrayna Milli Qvardiyasının sifarişi ilə başlanılıb.

“Varan” konstruksiyası və tərtibatı ilə Finlandiya istehsalı olan “Patria” zirehli maşınıyla oxşardır.

Maşının ön-uc hissəsi mexanik-sürücü və komandir, arxa hissədə isə desant üçün ayrılan bölmədən ibarətdir.

Desant maşını arxa tərəfdə olan qapıdan tərk edə bilir.

“Varan”ın rəsmi təqdimatı Kiyevdə “Silah və Təhlükəsizlik 2015” hərbi sənaye sərgisində keçiriləcək.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş