Ukrayna “Neptun” raket sisteminin sınaqlarını keçirib

Ukrayna “Neptun” raket sisteminin sınaqlarını keçirib

Aprelin 2-də Odessanın cənubundakı “Əlibəy” paliqonunda “Neptun” gəmi əleyhinə qanadlı raket sisteminin növbəti sınaqları keçirilib.

Bu barədə “AzeriDefence” Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinə istinadən məlumat verib.

Sınaqlar zamanı “Neptun” gəmi əleyhinə raket sisteminin taktiki və texniki xüsusiyyətləri, xüsusən də hərbi hədəflərin vuruş məsafəsi və dəqiqliyi yoxlanılıb. Sınaq atışında dənizdəki hədəflərinin yüksək dəqiqliklə vurlduğu bildirilsə də, raketin hərəkətli və ya hərəkətsiz hədəfə qarşı tətbiq olunmasına dair heç bir məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl JK-360MS kompleksindən R-360 “Neptun” raketi ilə keçirilmiş dövlət sınaqlarında raket ilk dəfə verilmiş marşrut üzrə 250 km-dən çox uzağa uçub.

“Neptun” raket sistemi “Luç” Kiyev Dövlət Konstruktor Bürosu tərəfindən Ukraynanın müdafiə sənaye kompleksinin digər dövlət və özəl müəssisələri ilə birlikdə hazırlanıb.

Şirkət mütəxəssislərinin sözlərinə görə, aviakerosinlə işləyən “Neptun” raketinin hazırlanmasında müasir yanaşmalar və yeni nəsil texnologiyalardan istifadə edilib. Raketin uçuş uzaqlığı 300 km təşkil edir. Dəqiqliyi və manevr imkanları artırılmış “Neptun” 5000 tona qədər su basımına malik hərbi gəmiləri batırmaq üçün istifadə oluna bilər.

Raket marş prosesində inersial və GPS naviqasiyasından, uçuşun son mərhələsində isə avtomatik özütuşlanan radiolokasiya başlığından istifadə edərək hədəfə yönəlir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş