Ukrayna “Olxa-M” raketini sınaqdan keçirib

Ukrayna “Olxa-M” raketini sınaqdan keçirib

Ukraynanın Luç Dövlət Konstruktor Bürosu tərəfindən istehsal edlən “Olxa” idarəolunan raketinin təkmilləşdirilmiş “Olxa-M” versiyasının sınaqları keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov özünün Facebook səhifəsində məlumat verib.

Məlumatda bildirilib ki, yerli imkanlar hesabına hazırlanan 300 mm çaplı “Olxa-M” raketinin sınaqları uğurla nəticələnib. “Olxa-M” raketi 100 km məsafədən hədəfi 30 metrdən az sapma ilə vurub.

Bundan əvvəl 2019-cu ilin avqustunda “Olxa-M” raketinin ilk sınaqları keçirilib.

Qeyd edək ki, 2018-ci ildə dövlət sınaqları tamamalanan 300 mm çaplı “Olxa” idarəolunan raketləri Ukrayna Silahlı Qüvvələrinin invertarına daxil edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş