Ukrayna Ordusu BTR-4E-lərin növbəti partiyasını təhvil alıb

Ukrayna Ordusu BTR-4E-lərin növbəti partiyasını təhvil alıb

Xarkov Maşınqayırma və Konstruktor Bürosu BTR-4E zirehli transportyorlarının növbəti partiyasını Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Bu barədə “AzeriDefence” “Ukroboronprom” Dövlət Konserninin saytına istinadən məlumat verib.

Dövlət müdafiə sifarişi əsasında tədarük edilən 5 ədəd BTR-4E zirehli maşını “Mayak” Kiyev dövlət müəssisəsinin istehsal olan KT-7.62 pulemyotları ilə təchiz edilib.

Bununla 2019-cu ilin dövlət müdafiə sifarişində nəzərdə tutulan 45 ədəd BTR-4E zirehli maşının 33 ədədi istehsal edilərək sifarişçiyə çatdırılıb. Bundan əvvəl cari ilin aprel ayında 5 ədəd BTR-4E zirehli maşın Ukrayna Ordusuna təhvil verilib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş