Ukrayna Ordusu BTR-4E zirehli maşınlarının son partiyasını təhvil alıb

Ukrayna Ordusu BTR-4E zirehli maşınlarının son partiyasını təhvil alıb

Xarkov Maşınqayırma və Konstruktor Bürosu tərəfindən modernizasiya edilən BTR-4E zirehli transportyorların son partiyası Ukrayna Müdafiə Nazirliyinə təhvil verilib.

Bu barədə “AzeriDefence” “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətinə istinadən məlumat verib.

Dövlət müdafiə sifarişi əsasında tədarük edilən 5 ədəd BTR-4E zirehli maşını “Mayak” Kiyev dövlət müəssisəsinin istehsal olan KT-7.62 pulemyotları ilə təchiz edilib.  Bununla 2019-cu ilin dövlət müdafiə sifarişində nəzərdə tutulan 45 ədəd BTR-4E zirehli maşının hamısı təkmilləşdirilərək sifarişçiyə çatdırılıb.

Amfibiya xüsusiyyətinə və modulyar konstruksiyaya malik BTR-4E ümumi BTR-4 şassisi üzərində hazırlanıb. 8×8 təkər formuluna malik zirehli maşınlar ailəsinin yeni nümunəsi hesab edilən BTR-4E-ə quraşdırılan asma zireh dəsti heyətin müdafiəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verir. Zireh əməliyyat tələblərinə uyğun olaraq, çöl şəraitində heç bir əlavə texnologiya tələb olunmadan, heyət tərəfindən qurula və ya sökülə bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş