Ukrayna Ordusu təkmilləşdirilmiş BRDM-2L1 maşınlarını təhvil alıb

Ukrayna Ordusu təkmilləşdirilmiş BRDM-2L1 maşınlarını təhvil alıb

“Ukroboronprom” Dövlət Konserninin Mykolayiv zirehli texnika zavodunda növbəti 10 ədəd BRDM-2 zirehli kəşfiyyat-mühafizə maşını təkmilləşdirilərək BRDM-2L1 səviyyəsinə yüksəldilib.

Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

Əsaslı təmir edilən və performansı yaxşılaşdırılan BRDM-2L1 zirehli kəşfiyyat-mühafizə maşınlarının növbəti partiyası Ukraynanın Müdafiə Nazirliyinə təhvil verilib.

Bununla 2020-ci ildə dövlət müdafiə sifarişinin bir hissəsi olaraq Mykolayiv zirehli texnika zavodunda təkmilləşdirilmiş BRDM-2L1 zirehli kəşfiyyat-mühafizə maşınlarının üçüncü dəsti Silahlı Qüvvələrə çatdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş