Ukrayna Ordusu yerli PUA-nı silahlanmaya qəbul edib

Ukrayna Ordusu yerli PUA-nı silahlanmaya qəbul edib

Ukraynanın “Atlon Avia” Elmi İstehsalat Müəssisəsinin istehsalı olan A1-SM “Furiya” pilotsuz uçuş aparatlarının (PUA) ordu sınaqları başa çatıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Atlon Avia” şirkətinin sosial media hesabında bildirilib.

Ukrayna Müdafiə Nazirliyi A1-SM “Furiya” kəşfiyyat və artilleriya atəş idarəetmə xarakterli PUA-nın dövlət sınaqlarını uğurla tamamladığını bildirib.

Müdafiə Nazirliyinin rəsmi qərarı ilə A1-SM “Furiya” pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin silahlanmasına qəbul edilib.

“Atlon Avia” Elmi İstehsalat Müəssisəsinin mütəxəssislərinin sözlərinə görə, A1-SM “Furiya” PUA özəl bir şirkət tərəfindən hazırlanan ilk yerli kompleksdir ki, Ukrayna ordusu tərəfindən silahlanmaya qəbul edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş