Ukrayna Peruya An-178 hərbi nəqliyyat təyyarələri tədarük edir

Ukrayna Peruya An-178 hərbi nəqliyyat təyyarələri tədarük edir

Ukraynanın “Antonov” dövlət müəssisəsi An-178 hərbi nəqliyyat təyyarəsinin istehsalını davam etdirir.

Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

Yeni An-178 təyyarələri “Speztechnoexport“ dövlət müəssisəsinin 2019-cu ilin noyabr ayında Peru Respublikasının Daxili İşlər Nazirliyi ilə bağladığı müqavilə çərçivəsində istehsal edilir.

Ümumilikdə 25 Ukrayna şirkəti və 30-a yaxın Avropa və Şimali Amerika müəssisələri yeni An-178 təyyarəsinin istehsalında iştirak edir. Habelə müqavilənin icrasını təşkil etmək üçün Ukrayna bankı, o cümlədən üç xarici bank və maliyyə qurumu iştirak edir.

Qeyd edək ki, An-178 təyyarəsinin yükgötürmə qabiliyyəti 18 tondur. Hərbi nəqliyyat təyyarəsi 100 nəfər heyəti daşımaq imkanına malikdir. Bu model İtaliyanın “Alenia” şirkətinin C-27J, ABŞ-ın “Lockheed Martin” şirkətinin C-130, Braziliyanın “Embraer” şirkətinin KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş