Ukrayna “Pion” toplarını yenidən istifadəyə qəbul edir

Ukrayna Sovet Ordusundan qalmış 2S7 “Pion” özüyeriyən toplarının istifadə üçün təmirinə başlayıb. Bu barədə “AzeriDefence” Ukrayna mediasına istinadən məlumat verib.

Ukrayna Silahlı Qüvvələrinin anbarlarında saxlanan 203 mmm çaplı “Pion” topları Şepetovski təmir zavodunda təmir olunacaq.

Məlumatda qeyd olunur ki, SSRİ dağılandan sonra Sovet Ordusundan Ukraynaya 99 ədəd “Pion” özüyeriyən topu qalıb. Bu toplar 1996-cı ildə silahlanmadan çıxarılaraq anbarlara saxlanmaya verilib. 2007-ci ildə bu toplardan 5-i təmir olunaraq Gürcüstana, 3-ü isə Azərbaycana satılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş