Ukrayna PUA-ların kütləvi istehsalına balşayıb
“Ukroboronprom” dövlət şirkəti Silahlı Qüvvələr üçün “Spectator” adlı pilotsuz uçuş aparatlarının (PUA) kütləvi istehsalına başlayıb.
“AzeriDefence”nin şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, PUA-lar dövlət şirkətinin “Meredian” istehsalat müəssisəsində hazırlanıb. Yaxın vaxtlarda ilkin olaraq 5 ədəd PUA silahlanmaya təqdim olunacaq.
Məlumatda o da qeyd olunub ki, PUA-lar texniki xarakteriskasına görə, ordunun istifadəsinə yararlıdır. Belə ki, elektriklə çalışan aparatın 2 km hündürlükdə uçuş apara bilir. 120 km/saatda hərəkət edən aparat havada 2 saata yaxın qala bilir. .
KATEQORIYA: Aerospace