Ukrayna R-27 raketlərinin təkmilləşdirilmiş versiyasını hazırlayır

Ukrayna R-27 (АА-10 Alamo) “hava-hava” raketlərinin təkmilləşdirilmiş versiyasının istehsalına hazırlaşır.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə “Janes” nəşri məlumat yayıb.
Əvvəllər bu raket Rusiyanın “Vımpel” şirkətinin dizaynı və iştirakı ilə Ukraynanın “Artyom” müəssisəsində istehsal edilib. Ukrayna və Rusiya arasında münasibətlərin pisləşməsi və embarqolarla bağğlı raketlərin istehsalı da dayandırılıb.

Ukrayna sənaye mənbələri R-27 raketinin müasirləşdirildiyini və konsepsiyasında iki əsas dəyişikliyin edildiyini bildiriblər. Dəyişiklik nəticəsində raketə daha bir motor əlavə ediləcək. Raketin effektiv mənzili 55 kilometrə çatacaq. İkinci dəyişikliklə raket üç yeni müşahidə sisteminə (infraqırmızı arayıcı, akktiv radar arayıcı və passiv anti-radiasiya) malik olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş