Ukrayna Səudiyyə Ərəbistanında təyyarə zavodu inşa edəcək

Ukraynanın “Antonov” Aviasiya İstehsalat Birliyi Səudiyyə Ərəbistanının “Taqnia Aeronautics” şirkəti ilə birgə bu ölkədə təyyarə zavodu inşa edəcək.

“Ukroboronprom”dan “AzeriDefence”yə verilən məlumata görə, sazişə əsasən Səudiyyə Ərəbistanında yaradılacaq birgə müəssisədə An-132, An-148 və An-178 təyyarələri yığılacaq.

Sazişin imzalanması mərasimi ADEF-2016 sərgisində keçirilib.

Məlumata görə, “Antonov” şirkəti Latın Amerikasında, Asiya və Afrikada təmir-xidmət mərkəzlərinin yaradacağını da nəzərdə tutub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş