Ukrayna “Shrek”i silahlanmaya qəbul etdi

Ukraynanın “AvtoKrAZ” şirkəti KRAZ avtomobilinin yeni zirehli modeli olan “Shrek”i (KrAZ-5233VE) təqdim edib.

Bu barədə “AzeriDefence” Ukrayna mediasına istinadən məlumat verib.

Artıq beş ədəd “Shrek” Ukrayna Milli Qvardiyasına təhvil verilib. Xarici sifariş üzrə istehsal davam etdirilir.

Maşının bir ədədinin qiyməti 300 000-600 000 ABŞ dolları civarındadır.

“KRAZ Shrek” komandir, sürücü və 10 döyüşçü daşıya bilir. Maşın minaya və güllələrə qarşı qorumaya malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş