Ukrayna Silahlı Qüvvələri “Bars-S” paraşütünü təchizata qəbul etdi

Ukrayna Silahlı Qüvvələri “Bars-S” paraşüt sistemini təchizata qəbul edib. Bu barədə “AzeriDefence” Ukrayna Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Müasir paraşüt-desant texnikası Ukrayna müdafiə naziri Dmitri Salamatinin martın 12-də imzaladığı əmrlə təchizata qəbul edilib.

“Bars-S” Ukrayna Silahlı Qüvvələrinin inventarındakı köhnəlmiş PO-9, PO-16, PO-17, Rusiya istehsalı olan “Talka” və ABŞ istehsalı olan “Para-Foil” paraşüt sistemlərini əvəz edəcək.

Qeyd edək ki, “Bars-S” idman paraşütü kimi yaradılıb və paraşütçülər tərəfindən tullanmaların həyata keçirilməsi üçün nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş