Ukrayna şirkəti gəzən sursatını təqdim edib

Ukrayna şirkəti gəzən sursatını təqdim edib

Ukraynanın “Atlon Avia” şirkəti ST-35 “Qrom” gəzən sursatının mobil variantını təqdim edib.

“Azeri Defence”nin bildirdiyinə görə, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Atlon Avia” şirkətinin nümayəndəsinin sözlərinə görə, yeni kompleks birdəfəlik döyüş sursatı və daşıyıcı multikopterdən ibarətdir. Qurğu havaya şaquli şəkildə buraxılır, sonra rəqibin güman edilən yerləşmə zonasına çatır. Bundan sonra şığıma yolu ilə hədəf vurur.

Gəzən sursatın çəkisi 9,5 kq təşkil edir. 3,5 kq ağırlığında termobarik və ya qəlpəli-fuqas döyüş başlığına sahib ST-35 “Qrom”un uçuş uzaqlığı təxminən 30 kilometr, uçuş müddəti 1 saat, sürəti 120-140 kilometr/saat təşkil edir.

Bir kompleksə 3 döyüş sursatı daxildir. Kompleks yüngül zirehli nəqliyyat vasitəsinin salonunda yerləşdirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş