Ukrayna “Sokol” zərbə PUA-nın ordu testlərini yekunlaşdırır – FOTOLAR

Ukrayna Polşanın “Warmate” və “FlyEye” gəzən sursatının bazasında “Sokol” adlı zərbə PUA-nın testlərini yekunlaşdırmaq üzərədir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ukraynada nəşr olunan “Defense Express” jurnalının baş redaktoru Sergey Zqurets öz “Facebook” səhifəsində yazıb.

Zərbə PUA-nın ordu testləri uğurla davam edir və yaxın vaxtlarda “Sokol” Ukrayna Ordusunun silahlanmasına daxil ola bilər.

“Sokol” zərbə PUA-ın istehhsalı Ukraynada Çerniqov Radio Cihazlar Fabrikində Polşanın “WB Electronics” şirkəti ilə birgə həyata keçirilir.

Kompleks “Kozak-2M” zirehli maşının bazasında yerləşir.

Kompozit materiallardan hazırlanmış “Warmate”nin çəkisi 4 kq, qanad açıqlığı 1.4 metrdir. Elektrik mühərrikə malik PUA-nın maksimum sürəti 80 km/saat, havada qalma müddəti 30 dəqiqədir.

“Sokol” 4 fərqli növdə – 1350 qram yüksək partlayış gücünə malik HEW (təsir sahəsi 50 kv.m), 530 qram BFW (təsir sahəsi 70 kv.m), 1100 qramlıq kumulyativ (CW – 100-120 mm homogeny zirehi dəlir), 530 qramlıq termobarik ІW (70 kv.metr sahədə 2000 dərəcə temperature yaradır) döyüş başlığı ilə təchiz oluna bilər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş