Ukrayna sürətli hücum katerinin istehsalına başlayır

Ukraynanın “Leninskaya kuzniça” gəmiqayırma zavodunda sürətli hücum katerinin istehsalına başlanılacaq.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, “Kentavr” adlandırılan zirehli kater Ukrayna Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə tikiləcək.

Katerin korpus hissəsi zirehlə örtüləcək. “Kentavr” idarəolunmayan S-8 raket sistemi, 12,7 mm pulemyot və 30 mm-lik topla silahlandırılacaq.

Katerin uzunluğu 23,4 m, eni 4,8 m, suya otrumu 1 m olacaq. 1200 at gücü olan “Caterpiller” dizel mühərriki ilə çalışacaq katerin sürəti 45 uzl olacaq. Katerin ekipajı 5 nəfər, daşıma imkanı isə 32 nəfər olması nəzərədə tutulub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş