Ukrayna T-72 tanklarını təkmilləşdirir

Ukrayna T-72 tanklarını təkmilləşdirir

Ukrayna Müdafiə Nazirliyinin sifarişi əsasında “Kiyev Zirehli Tank Zavodu”nda Silahlı Qüvvələrin tank parkında yer alan T-72 tankları modernləşdirilir.

“Poliqon” xəbər verir ki, bu barədə “Ukroboronprom” Dövlət Konserni məlumat yayıb.

“Ukroboronprom” Konserinin tərkibinə daxil olan “Kiyev Zirehli Tank Zavodu”nda modernləşdirilmiş 5 ədəd T-72 tankı sifarişçiyə təhvil verib.

Təkmilləşdirilən T-72 tankları 840 at gücündəki mühərrik, dinamik müdafiə kompleksi, yenilənmiş yanğın söndürmə avadanlığı sistemi ilə təchiz edilib.

Əlavə olaraq tankların müasir rəqəmsal radio və peyk naviqasiya sistemi ilə təchiz edilməsi, döyüş sahəsində piyada birlikləri ilə əlaqə qurmağa imkan verir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş