Ukrayna Türkiyə ilə birgə hərbi sənaye müəssisəsi yaradacaq

Ukrayna ilə Türkiyə hökumətləri arasında müdafiə sənayesi sektorunda birgə müəssisələrin yaradılması ilə bağlı işçi qrupun yaradılmasına dair razılıq əldə edilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə ilkin razılıq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovla Türkiyə Müdafiə Sənayesi Katibliyinin direktoru İsmayıl Dmir arasında əldə olunub.

Görüşdə Ukrayna-Türkiyə Elmi-Tədqiqat Mərkəzinin yaradılmasına dair qərar verilib.

Əməkdaşlığın geniş miqyaslı istiqamətləri isə işçi qrupların fəaliyyəti zamanı müəyyənləşdiriləcək.

Görüşdə iki ölkə arasında Qara dənizdə hərbi əməkdaşlıq məsələsi də müzakirə mövzusu olub.

KATEQORIYA:
Bu xəbəri paylaş