Ukrayna və Pakistan arasında hərbi müqavilə imzalanıb

Ukrayna və Pakistan arasında hərbi müqavilə imzalanıb

Ukraynanın “Ukrspetsexport” dövlət şirkəti ilə Pakistan Hərbi Hava Qüvvələrinin Satınalma İdarəsi arasında müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Ukroboronprom”a daxil olan “Ukrspetsexport” dövlət şirkəti Pakistanın İL-78 yanacaq doldurma təyyarəsinin təmiri üçün elan etdiyi tenderin qalibi olub.

“Tenderin nəticələrinə görə, “Ukrspetsexport” Pakistan Hərbi Hava Qüvvələrinin Satınalma İdarəsi ilə hərbi təyyarələrin təmiri üçün müqavilə imzalayıb. Müqavilə çərçivəsində işlər “Ukroboronprom” müəssisəsi – “Nikolaev” adına təyyarə təmiri zavodu tərəfindən aparılacaqdır”, – deyə “Ukroboronprom” Konserninin məlumatında bildirilib.

Ukrayna tərəfi eyni zamanda Pakistan HHQ-dən ilk müqavilənin nəticələrinə əsasən daha iki yanacaq doldurma təyyarənin əsaslı təmiri üçün növbəti müqavilə paketini bağlamaq niyyətinin təsdiqini alıb. Pakistan Hərbi Hava Qüvvələrinin İL-78 yanacaq doldurma və modernləşdirmə proqramının ümumi həcmi 30 milyon dollardan çox olacaqdır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş