Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Ukrayna və Türkiyə Xarici İşlər və Müdafiə nazirlərinin iştirakı ilə “2+2” formatında keçirilən toplantıdan sonra, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ukrayna Müdafiə Nazirliyini ziyarət edib.

Bu barədə “Azeri Defence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Ukraynanın Müdafiə naziri Andriy Taran və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında görüş zamanı müdafiə, təhlükəsizlik məsələləri və müdafiə sənayesindəki əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş