Ukrayna və Rusiya An-70-in birgə istehsalı üçün razılaşdı

Ukrayna və Rusiya An-70 hərbi-nəqliyyat təyyarəsinin birgə istehsalına dair razılaşma əldə edib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Janes Defence Wekly nəşri məlumat yayıb.

Razılaşma Ukraynanın Antonov Konserni və Rusiyanın Birləşdirilmiş Aviatikinti Korporasiyası (OAK) arasında əldə olunub.

Antonov Konserninin baş konstruktoru Dmitri Kivuya istinad edən nəşrin məlumatına görə, Rusiya tərəfdən An-70-in istehsalında Voronej Aviasiya Təyyarəqayırma Birliyi (VASO) iştirak edəcək.

Təyyarənin qanadları və mühərrikləri Ukraynada hazırlanacaq. Rusiya müəssisəsi isə planer və füzelyajı hazırlayacaq, son quraşdırma işlərini həyata keçirəcək.

Qeyd edək ki, Rusiya 2020-ci ilədək 60 ədəd An-70 təyyarəsini silahlanmaya daxil etməyi planlaşdırır. Ukrayna isə 2012-2017-ci illər ərzində iki ədəd An-70 almaq niyyətindədir.

KATEQORIYA:
Bu xəbəri paylaş