Ukrayna və Polşa 80 mm-lik raketlərdən atəş açan YARS hazırlayıb – FOTOLAR
Ukraynanın “Ukroboronprom” Dövlət Konserni Polşanın “WB Group” şirkətinə daxil olan “AREX Sp. z o.o” şirkəti birgə hazırladıqları ZRN-01 adlı yeni yaylım reaktiv atəş sistemini (YARS) nümayiş etdirib.
“AzeriDefence”nin “Defence Blog”a istinadən verdiyi məlumata görə, MSPO-2017 sərgisində nümayiş etdirilən YARS 6×6 təkər formuluna malik STAR 265M2 nəqliyyat vasitəsinin şassisi üzərində qurulub. YARS hər birində 20 ədəd 80 mm-lik raket yerləşən iki ədəd B8V20 buraxıcı blokundan ibarətdir.
Ukraynanın “Artyom” zavodunun istehsalı olan 80 mm-lik RS-80P idarə olunmayan raketlərinin maksimum atış məsafəsi 7 km təşkil edir.
KATEQORIYA: Sənaye