Ukrayna yeni 300 mm-lik idarəolunan raketi sınaqdan keçirib – FOTO

Ukrayna ordusu yeni 300 mm-lik “yer-yer” tipli idarəolunan raketi sınaqdan keçirib.

Bu barədə “AzeriDefence” “Defence Blog” nəşrinə istinadən xəbər verib.

Ukrayna silahlı qüvvələri Odessa vilayətində yeni 300 mm-lik idarəolunan raketi 9K58 indeksli reaktiv yaylım atəş sistemində test edib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, testlər zamanı yeni raketin ballistik xüsusiyyətləri müəyyənləşdirilib, həmçinin yüksək dəqiqlikli təlimat sistemi, yeni qatı yanacağın səmərəliliyi və döyüş başlığının etibarlılığı yoxlanılıb.

Ukraynanın “Luç” Dövlət Konstruktor Bürosu tərəfndən hazırlanan yeni raket qatı yanacaqla işləyən mühərriklə təchiz edilib və müxtəlif döyüş başlıqları ilə silahlana bilir. İdarəolunan raketin atış mənzili 50 km-dən 300 km-ə qədər təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş