Ukrayna yeni daşınan reaktiv qumbaraatanını təqdim edib

“Ukroboronprom” Türkiyədə keçirilən IDEF-2017 hərbi texnika sərgisində ən yeni daşınan reaktiv qumbaraatanını təqdim edib.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, İstanbulda müdafiə sənayesinin beynəlxalq sərgisində təqdim edilən daşınabilən reaktiv qumbaraatanının atış uzunluğu 70 metrdən 2 kilometrə qədərdir.

Düz atəşin uzaqlığı isə 600 metrə çatır. Yeni silah yüngül zrehli və zirehsiz hərbi texnikanı məhv etmək üçün nəzərdə tutulub.

Bununla yanaşı tikintiləri, həmçinin açıq sahədə olan sığınacaqları, daşdan, kərpicdən və ya betondan tikilən obyektləri də dağıtma gücünə malikdir.

Reaktiv qumbaraatanda yeni optik-elektron nişan qurulub. Bu da öz növbəsində atıcının işini sadələşdirir, maksimal atış uzunluğu vaxtı düşmənin yüksək obyektlərini dəqiqliklə nişan ala bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş