Ukrayna yeni “gəzən sursat”ını test edib – FOTO/VİDEO

Ukrayna yeni “gəzən sursat”ını test edib – FOTO/VİDEO

Ukraynanın “Atlon Avia” müəssisəsi tərəfindən yaradılan “Qrom” ST-35 indeksli “gəzən sursat”ın (kamikadze PUA-ın) sınaqları keçirilib.

Bu barədə “AzeriDefence” Ukrayna mediasına istinadən məlumat verıb.

“Atlon Avia” Elmi İstehsalat Müəssisəsinin direktoru Artyom Vyunnikin sözlərinə görə, “Qrom” kamikadze PUA-nın sınaqları uğurla nəticələnib.

Avtomatik rejimdə hədəfə doğru buraxılan “gəzən sursat”ın marşrut boyunca uçuşu izlənilib. Sonra “Qrom” əl rejimində buraxılış zolağına qayıtarılıb və paraşütlə eniş edib.

Çəkisi 10 kq olan “Qrom” ST-35 “gəzən sursat”ın uçuş sürəti 120 km/saat, uçuş müddəti 60 dəqiqədir. 3,5 kq döyüş başlığı ilə təchiz edilən kamikadze PUA-nın effektiv uçuş hündürlüyü 800-1200 metr təşkil edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş