Ukrayna yeni radioelektron mübarizə vasitəsi kompleksini təqdim edib

Ukraynanın “Ukrspeçtexnika” kompaniyası yerüstü mobil radioelektron mübarizə vasitəsi (REM) kəşfiyyat kompleksinin – “Djeb”in təqdimatı keçirib.

“AzeriDefence”in məlumatına görə, kompaniyadan bildirilib ki, təqdimat Polşanın Kelç şəhərində öz işinə başlayan müdafiə sənayesi sərgisində reallaşıb.

Kompleks hərəkətdə olan insan və texnikanı müəyyənləşdirmək, radiomonitorinq şəklində ərazinin kəşfiyyatını aparmaqdır.

Qurğu istənilən hava və ərazi şəratində, saatda, çətin metereoloji vəziyyətdə, diopozonda radioelektron müşahidə aparmaq, düşmənin bütün növ cihazlarının – texnikalarının yerini müəyyənləşdirmək, məsafəni təyin etmək imkanına malikdir.

Kompleksə daxildir:

– Aşağı hündürlükdə uçan və yerüstü hərəkətdə olan az sürətli hədəflərin LS111 “Lis” diopozonunda radiolakasiya kəşfiyyatını aparmaq.

– Gündüz və gecə saatlarında iki kanallı televiziyon müşahidə- görmə sistemi

– Termal sistem

– Məsafəni ölçən lazer

– Radio və radiotexnik monitorinq sistemi

– Kompleksin orientasiyası və hədəfin koordinatı üzrə naviqasiya sistemi

– Məlumatların ötürülməsi üçün rabitə sistemi

– İnformasiyanın emalı və idarəolunması üzrə elektro sistem

– Kompleksin avadanlıqlarının idarə olunması qurğusu

– Ətrafdakı vəziyyəti göstərən avadanlıq

Kompleksin döyüş imkanları:

– Aşağı məsafədə uçan, zəif hərəkətli yerüstü hədəflərin 12 km məsafədə RLS vasitəsilə mm-lik diapazonda avtomatik müəyyənləşdirilməsi.

– 5-8 km məsafədə optik diapazonda televizion və termal cihazlar vasitəsilə gecə və gündüz şəraitdə hədəfin aşkarlanması

– İnfraqırmızı diapazonda eninə hədəfin dəqiq kəşfiyyatının aparılması

– Öz yerinin müəyyənləşdirilməsi, kompleksin yerləşdiyi koordinatın ərazi üzrə təyinatı

– Düşmən REM sisteminə qarşı kəşfiyyatın aparılması və fəal əks tədbirlərin görülməsi

– İnformasiya kəşfiyyatına hədəfin sayı, tərkibi, məsafəsi, dəqiq video görüntüsü və koordinatları daxildir. Bütün bunlar multiekran rejimdə kompyuterin ekranında göstərilir

– Radiosiqnalların köçürülməsi və qeydiyyatı

– Analiz edilən mənbə-diapazonun görüntülü xarakteriskası

– Anten sistem vasitəsilə radiasiya mənbələrinin müəyyənləşdirilməsi

– Peyk, peydjer və digər rabitə əlaqələrinin tutulması və qeydiyyatı (AMPS/DAMPS (IS-54B, IS-136 и IS-641), NAMPS, TACS, NMT-450(900), GSM-900, DCS-1800, MPT-1327, EDACS, FLEX, RDS, POCSAG)

– Kəşfiyyat məlumatlarının yazılı və video görüntüdə mərkəzi komandanlığa ötürülməsi

KATEQORIYA:
Bu xəbəri paylaş