Ukrayna yeni raket sistemlərinin istehsalını dayandırdı

Ukrayna yeni raket sistemlərinin istehsalını dayandırdı

Ukrayna müdafiə sənayesi “Vilxa” yaylım atəşli reaktiv sistemi (YARS) və “Qrom-2” operativ-taktiki raket kompleksi (OTRK) də daxil olmaqla yeni raket sistemlərinin istehsalını dayandırıb.

“AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Pavloqrad kimya zavodunun direktoru Leonid Şiman jurnalistlərə açıqlamasında deyib.

Zavod direktoru bildirib ki, hökumət maliyyə vəsaiti təmin edə bilmədiyi üçün zavod bərk yanacaqla çalışan yeni raket sistemlərinin mühərriklərinin istehsalını müvəqqəti dayandırıb.

Leonid Şiman qeyd edib ki, zavodun bağlanması bütün raket proqramının dayandırılması deməkdir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş