Ukrayna yeni snayper tüfənginin istehsalına hazırlaşır – FOTO
Ukraynanın “Mayak” zavodu yeni snayper tüfəngi hazırlayıb.
Bu barədə “AzeriDefence”yə “Ukroboronprom” dövlət Konsernindən məlumat verilib.
12,7×109 mm çaplı yeni snayper tüfənginin lüəsinin uzunluğu 1000 mm, nişangah uzaqlığı 1500 metr, maksimal atış məsafəsi 2000 metrdən çoxdur.
Yaxın vaxtlarda silahın testlərinin yekunlaşdırılması və seriyalı istehsalına başlanılması planlaşdırılır.