Ukrayna yeni taktik qanadlı raket hazırlayıb – FOTO-CİZGİLƏR

Ukraynanın N.E. Jukov adına Milli Aerokosmik Universitetinin “Yujnoye” Konstruktor Bürosunun mütəxəssisləri yeni taktik qanadlı raketin layihəsini hazırlayıblar.

“AzeriDefence”nin “Voyennıy informator”a istinadən verdiyi məlumata görə, raket zəif hərəkətdə olan yerüstü və dəniz üzərindəki hədəfləri yüksək dəqiqliklə məhv edə biləcək.

Döyüş başlığı ilə bir yerdə raketin çəkisi 340 kq, uçuş məsafəsi isə 280 km olacaq.

Raket “Motor-Siç” istehsalı olan TRDD MS-350 mühərriki ilə təchiz olunub. Perspektivdə, raketə avtomatik tuşlama – optik RLS-in quraşdırılması da nəzərdə tutulub.

Raket yeriüstü və dənizdəki gəmi üzərində quraşdırıla bilər.

Müəssisədən o da bildirib ki, raketin istehsalına başlanması üçün maliyə qaynaqları axtarılır.

KATEQORIYA:
Bu xəbəri paylaş