Ukrayna yeni təmir-evakuasiya maşınını təqdim edib

Ukraynanın Jıtomir zirehli tank zavodu BTR-3 zirehli maşınının bazasında hazırladığı yeni təmir-evakuasiya maşınını nümayiş etdirib. “AzeriDefence”nin məlumatına görə, yeni maşına BTR-3BR adı verilib.

Yeni maşın heyəti güllələrdən qorumaqla yanaşı üzəri silahlandırılıb. Kran avadanlığı 3 tona qədər yükqaldırma qabiliyyətinə malikdir.

BTR-3BR maşının əsas təyinatı döyüş sahəsində texniki kəşfiyyat aparılmasından, ilişmiş maşınların evakuasiyasını həyata keçirməkdən, təmir işləri göstərməkdən ibarətdir.

BTR-3BR maşının çəkisi 16,5 ton, ekipajı 4 nəfərdən ibarətdir.

KATEQORIYA:
Bu xəbəri paylaş