Ukrayna zərbə PUA-larının istehsalına başlayır

Ukraynanın dövlət şirkəti olan “Ukroboronprom” zərbə-döyüş pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı Ukrayna Milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı qərar qəbul olunub və adıçəkilən şirkət bu istiqamətdə işlərə başlanacaq.

A.Turçinov bildirib ki, bu layihə ölkənin müdafiə imkanlarını genişləndirməklə yanaşı, gəlir gətirə biləcək sahə olacaq.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri ölkənin Donbass bölgəsində separatçılara qarşı apardığı hərbi əməliyyatlarda PUA-lardan geniş istifadə edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş