Ukraynada göyərtəsində 27 nəfərin olduğu An-26 təyyarəsi qəzaya uğrayıb

Ukraynada göyərtəsində 27 nəfərin olduğu An-26 təyyarəsi qəzaya uğrayıb

Ukraynanın Hərbi Hava Qüvvələrinə məxsus An-26 hərbi nəqliyyat təyyarəsi Xarkov vilayəti yaxınlığında qəzaya uğrayıb.

Azeri Defence saytının “RİA Novosti”ə istinadən verdiyi məlumata görə, An-26 hərbi nəqliyyat təyyarəsi təlim uçuşu zamanı Çuquevdə (Xarkov bölgəsi) qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 7 ekipaj üzvü və 20 kursant olmaqla 27 nəfərin olduğu bildirilib.

Dövlət Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, qəza baş verən yerdə 23 nəfərin cəsədi tapılıb. İki kursant sağ qalıb. Onlar hadisə zamanı son anda təyyarədən tullanmağı bacarıblar. Hər ikisi xəstəxanadadır, birinin vəziyyəti ağırdır. Daha iki nəfərin axtarışı davam edir.

İlkin məlumatlara görə, qəzaya səbəb mühərrikdə nasazlıq olub.

Ukrayna Baş Prokurorluğu tərəfindən uçuş qaydalarının və ona hazırlığın pozulması maddəsi ilə cinayət işi açılıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş