Ukraynada modernləşmiş zirehli maşınların sınaqlarına başlanılıb – FOTO

Ukraynada yeni modernləşdirilən “Kozak” zirehli maşınının sınaqlarına başlanılıb.

“AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi məlumatına görə, sınaqlara zirehli maşının desant, o cümlədən kəşfiyyat-artilleriya versiyaları olan “Kozak-2M1” və “Kozak-2M2” cəlb olunub.

Maşınların hər birinin çəkisi 12 ton, ballistik müdafiəsi isə PZSA-5 səviyyəsindədir.

Yeni “Kozak”lar 280 at gücündə olan 5,9 İVECO mühərriki ilə təchiz edilib. Maşının transmissiyası 6 pilləli mexanikidir.

4х4 təkər formulu transportyor 9 nəfəri daşıya bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş