Ukraynada partlamamış hərbi sursatların təmizlənməsinə başlanılıb

Ukraynada partlamamış hərbi sursatların təmizlənməsinə başlanılıb

NATO-nun Dəstək və Satınalma Agentliyinin (NSPA) dəstəyi ilə Ukraynada partlamamış hərbi sursatların (PHS) təmizlənməsinə başlanılıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə NATO-nun Dəstək və Satınalma Agentliyi məlumat yayıb.

NATO-nun Etimad Fondunun Demilitarizasiya Layihəsi çərçivəsində həyata keçirilən bölgədəki partlamamış hərbi sursatların təmizlənməsi işləri bu ilin əvvəlində COVID-19 pandemiyası səbəbindən dayandırılmışdı.

Etimad Fondu 2005-ci ildə Ukrayna hökumətinin tələbi ilə yaradılıb. Layihənin ikinci mərhələsi 2011-ci ildə başlanıb. Əməliyyatlar nəticəsində 29,6 min tondan çox döyüş sursatı, 2,4 milyon PFM-1 (S) piyada əleyhinə mina zərərsizləşdirilib.

Fəaliyyətlərin yenidən başlaması ilə, daha 1,5 min ton yararsız döyüş sursatının 2020-ci ilin sonuna qədər zərərsizləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Sovet qoşunlarının Ukraynanın ərazilərindən çıxarılmasından sonra bu ölkədə çox sayda köhnə silah və döyüş sursatı yığılıb qalıb.

Layihəni maliyyələşdirən ölkələr və beynəlxalq təşkilatlar arasında Avropa Birliyi, ABŞ, Belçika, Finlandiya, Almaniya, Yaponiya, İtaliya, İrlandiya, Lüksemburq, Norveç, İsveçrə və Türkiyə var.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş